17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Digər idman növləri

Elman Rüstəmovdan FIDE prezidentinə məktub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.

AŞF-dən verilən məlumata görə, məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili barədə yazılıb.

Azərbaycan Şahmat Federasiyası FIDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa tarixə təxirə salınmasını təklif edib. FIDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşye-Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31