17 Fevral 2026, Çərşənbə axşamı
“Turan Tovuz” Şamaxıda xal itirdi
“Şamaxı"nın müdafiəsi yaxşı oynadı”
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”

Digər idman növləri

Fransalı şahmatçı: "FİDE istəsə də, Rəcəbovu yarışa qaytara bilməz"

"Teymur Rəcəbov digər oyunçularla məsləhətləşmədən çox tez geri çəkildi. İndi məhkəməyə müraciət onun istəyinə bağlıdır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri fransalı şahmatçı Maksim Vaşe-Laqrav "Ruchess" nəşrinə geniş müsahibəsində Azərbaycan təmsilçisinin İddiaçılar Turnirindən imtinasına münasibət bildirərkən deyib.

Yarışa Teymur Rəcəbovun əvəzinə qatılan 30 yaşlı qrossmeyster Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Rəcəbovu yarışa qaytara bilməyəcəyini sözlərinə əlavə edib: "FIDE istəsə də, onu bərpa edə bilməz. Turnir qaydaları yarış başlamamışdan əvvəl müəyyənləşdirilib. Buna görə də yenə eyni oyunçular və qazanılan xallarla başlamaq məcburiyyətində qalacağıq".

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28