19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Formula 1": Azərbaycan Qran-prisi sentyabrda keçirilə bilər

"Formula 1"in idman direktoru Ross Braun 2020-ci il mövsümündə fövqəladə hallar üçün planlar hazırlayıb.

Futbolxeber.az saytının xarici KİV-lərə istinadən verdiyi məlumata görə, cari mövsüm üçün 8-19 Qran-prinin təşkili nəzərdə tutulub. Real təqvim isə özündə 15 mərhələni əks etdirir. Hazırda iyunun 28-nə nəzərdə tutulmuş Fransa Qran-prisinin də təxirə salınması gündəmdədir. Bu səbəbdən, mövsümə iyulda Avstriya və ya Böyük Britaniyada başlanılacaq. Avqustda Macarıstan, Niderland, Belçika və ya İtaliyada olmaqla, 3 Qran-pri nəzərdə tutulub. Lakin Niderland "Formula 1" təqviminə yenidən qayıdığını azarkeşsiz qeyd etməyəcəyini bildirib.

Avropadan sonra diqqətlər şərqə yönələcək. Sentyabrda Sinqapur, Rusiya və təxirə salınmış Azərbaycan Qran-prisinin təşkili gerçəkləşə bilər. Oktyabrda Yaponiya, Vyetnam və Çin Qran-priləri gözlənilir. Noyabrda növbə ABŞ, Meksika və Braziliyaya yetişəcək. Mövsümə isə dekabrda Bəhreyn və Abu Dabi Qran-priləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5-7 iyunda nəzərdə tutulmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30