12 Yanvar 2026, Bazar ertəsi
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
"Qarabağ" da Türkiyəyə getdi
"Zirə" Antalyaya yollandı
"Sumqayıt" "Pakş"a məğlub oldu

Digər idman növləri

Formula 1 azarkeşsiz başlaya bilər

Formula 1-in yeni mövsümü iyulda start götürə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə yarışın idman direktoru Ross Braun “Sky Sport”a açıqlamasında deyib.

O bildirib ki, əvvəllər olduğu kimi 21 yox, 18-19 Qran Pri keçirmək variantı hələ də mümkündür. Ancaq Braun ilk yarışların azarkeşsiz keçirilə biləcəyini istisna etməyib:

"Fikrimcə, bu, yarışmanı keçirməməkdən daha yaxşıdır. Milyonlarla tamaşaçı bizi evdən izləyir. İndi onlar təcrid olunublar. Yarışlar onlar üçün böyük bir bonus ola bilər. Çox güman ki, mövsüm Avropada başlayacaq. İyulda başlayacağımız təqdirdə, 18-19 Qran Pri keçirə bilərik".

Bununla yanaşı, "Grand Prix Radio"su yarışın başlanma tarixlərini açıqlayıb. Bildirilir ki, mövsüm iyulun 19-da Böyük Britaniya mərhələsi ilə start götürəcək. Azərbaycan Qran-prisi isə oktyabrın 11-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31