2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Digər idman növləri

"Formula 1" komandalarından ikisi fəaliyyətini dayandırdı

“Formula 1”də yarışan İngiltərənin “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

Futbolxeber.az saytının məlumatına görə, buna koronavirus böhranı səbəb olub. Hər iki komanda pilotlarla yanaşı, bəzi işçilərin də məvaciblərini azalıb. Onların arasında məzuniyyətə göndərilənlər də olub.

“Williams” britaniyalı pilot Corc Rassellin və kanadalı Nikolas Latifinin 20 faiz maaş alacağını qeyd edib. “Racing Point” isə meksikalı Serxio Peres ilə kanadalı Lens Strollun könüllü olaraq məvacibdəki azalmanı qəbul etdiyini bildirib.

İngiltərə təmsilçiləri qərarın təsir göstərdiyi işçilərinin sayını açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monakodakı yarışı ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30