18 Sentyabr 2025, Cümə axşamı
Azərbaycan Kubokunun püşkü atıldı
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”dan fantastik qələbə!

Digər idman növləri

Teymur Rəcəbov: "Özümü təcrid etmişəm, karantində deyiləm"

Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı "İnstagram"dakı paylaşımına aydınlıq gətirib.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı qrossmeyster sosial şəbəkə hesabında növbəti paylaşımında yazdığı fikirlərinin yanlış anlaşıldığını, karantində olmadığını qeyd edib:

"Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, "Instagram" vasitəsilə nüfuzum daha da artır".

Xatırladaq ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30