8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Digər idman növləri

Rafael Ağayev Tokio 2020-yə lisenziya qazandı

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

bu barədə Futbolxeber.az saytına Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra Ağayev olimpiadaya vəsiqəni rəsmiləşdirib: "Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra onun aktivinə 210 xal yazılıb. Nəticədə azərbaycanlı karateçi ən yaxın izləyiciləri üçün əlçatmaz olub. Məşqçilər də bu xəbəri təsdiqləyiblər".

Qeyd edək ki, bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Daha əvvəl qadın idmançı İrina Zaretska Dubaydakı Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31