Digər idman növləri
Təslim olma, Şah!..
14 yaşlı şahmatçımız Aydın Süleymanlı dünən “Aeroflot Open”də çempion oldu. Moskvada qazanılan bu zəfər böyük uğurdu. 14 yaşlı Süleymanlının inamlı çıxışı artıq indidən Azərbaycan şahmatının gələcəyinin əmin əllərdə olduğunu düşünməyə əsas verir.
Süleymanlı ilk dəfə 2017-ci ildə Rumıniyada 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatının qalibi olmaqla adından söz etdirdi. Ötən il isə onun üçün daha uğurlu oldu. 14 yaşlı istedad əvvəlcə yaşıdları arasında Hindistanda keçirilən dünya çempionatda birinci oldu. Daha sonra isə o, yığmamızın heyətində 16 yaşadək şahmatçılardan ibarət milli komandalar arasında Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi oldu. Turnirdə keçirdiyi 9 oyunda 7 xal yığan Süleymanlı millimizin çempionluğunda böyük pay sahibi oldu.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda artıq dünya səviyyəli növbəti şahmatçı yetişir. Bəlkə də yetişib... Hamımız inanırıq ki, Süleymanlını parlaq gələcək gözləyir. O, yaxın gələcəkdə daha böyük uğurlar qazanacaq.
Bütün bunlar öz yerində. Dünəndən bu yana Süleymanlının uğuru haqda sosial şəbəkələrdə kifayət qədər yazılıb. Təkrarçılıq fikrindən uzağam, toxunmaq istədiyim məqam başqadı.
14 yaşlı şahmatçımızın qələbəsi nə qədər sevincli idisə, Şəhriyar Məmmədyarovun həmin qələbədən sonra sosial şəbəkədə yazdıqları mənim üçün bir o qədər üzücü oldu:
“...Bu gənclər mənim, Teymurun, Vüqarın yerini yox, onlar bizdən də üstün olsunlar. Bu sözlər təkcə Aydına aid deyil, irəlidə gedən bütün gənclərə aiddir.
Mən şəxsən yerimi onlara verməyə hazıram. Mən dünyada 2 nömrəli şahmatçı olmağı bacardım, amma bu, azdır. Mən 1 nömrə olacaq şahmatçımızı gözləyirəm. Var qüvvəmlə bizim gənclərin yanındayam. Sizə inanıram və güvənirəm...”
Şahın bu açıqlamasında bədbinlik var. Sanki artıq təslim olub. “Mən dünyada 2 nömrəli şahmatçı olmağı bacardım” nə deməkdir? Yəni məndən bu qədər? Biz Şəhriyar Məmmədyarovdan daha yuxarı nəticə gözləməyək? Şahın maksimumu dünya reytinqində ikinci olmaq idi? İnciməsin, bəlkə də Şəhriyar özü bu nəticə ilə razılaşır, daha artığına nail ola bilməyəcəyini düşünür. Amma bizlər qətiyyən bununla razı deyilik...
Görünür, İddiaçılar turnirindən kənarda qalmaq və son zamanlar sponsor məsələləri ilə bağlı deyilənlər/yazılanlar Məmmədyarova pis təsir edib. Amma əminəm, Şəhriyar şahmatda hələ son sözünü deməyib. Başa düşürəm, yaş ötür. Yaşlandıqca gənclikdəki enerji də olmur. Amma yenə də təslim olmaq olmaz. Onu da anlayıram ki, bir şahmatçı üçün Maqnus Karlsenlə eyni dövrdə yarışmaq, Zlatan İbrahimoviçin Kriştianu Ronaldo və Lionel Messi ilə eyni dövrə təsadüf etməsi kimi bir şeydir. Norveçli bu gün qarşısıalınmaz təsiri bağışlayır. Şahmat tacının sahibi hazırda dünya reytinqində 8-ci olan Şəhriyarı 102, ən yaxın izləyicisi Karuananı 50 reytinq xalı qabaqlayır. Amma bütün bunlar yenə də Şaha təslim olmaq üçün əsas vermir. Hələ çox tezdir. Qarşıda zaman var. İnanıram, hələ inanıram də ki bir gün Şahmat tacı yenidən Bakıda olacaq. Tac isə Şahlara yaraşır...
P.S. Şah, hər şey bir kənara, sən hər zaman oğlunun şahmatçı olmasını arzulayan və ona səni misal göstərən ataları məyus edə bilməzsən. Heç bir ata 35 yaşında təslim olan birini övladına nümunə göstərib, “onun kimi ol” deməz...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
25.09.2026
24.09.2026
























