18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Rafael Ağayevdən qızıl medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan Karate 1 Premyer Liqa turnirinin qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün keçirilən final qarşılaşmasında italiyalı Luici Busa ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Rafael qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rafiz Həsənov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Burak Uyğura (Türkiyə) 0:2 hesabı ilə uduzaraq bürünc medalın bir addımlığında dayanıb.

Qeyd edək ki, yarışda 85 ölkədən 571 karateçi iştirak edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30