19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Eldar Əzizov: "Bakı sakinləri "Formula 1"i maraqla izləyirlər"

"Bakı sakinləri "Formula 1" üzrə Azərbaycan Qran-prisini çox maraqla qarşılayır və izləyirlər".

Bunu Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan son 16 il ərzində ciddi inkişaf yolu keçib: "Ciddi sabitlik və inkişaf sayəsində belə bir tədbiri keçirmək mümkün olur. Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur. Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".

Hazırda Bakıda əhalinin 3 milyona çatdığını deyən icra başçısı şəhərin uzunluğunun 38 km olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30