16 Noyabr 2025, Bazar günü
Azərbaycan millisində növbəti itki
Mbappe Bakıya gəlməyəcək
Arnar Qunnlauqssondan qələbə şərhi
Millimiz İslandiyaya məğlub oldu

Digər idman növləri

Sənan Süleymanov: "Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir"

"Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: "Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz".

S.Süleymanov növbəti hədəfinin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq olduğunu söyləyib: "Federasiya rəhbərliyi razı olsa, lisenziya yarışlarına qatılmaq istəyirəm. Olimpiadada bu nəticəni təkrarlamaq niyyətindəyəm".

Təsnifat mərhələsində erməni əsilli Aik Mnatsakanyanı (Bolqarıstan) 5:3, yarımfinalda isə Ermənistan təmsilçisi Karapet Çalyanı 3:0 hesabı ilə üstələyən güləşçi həmin görüşlər barədə təəssüratlarını bölüşüb: "Qarşılaşmalara erməni olduqları üçün məğlub olmaq fikri ilə çıxmamışdım. Məndə ikiqat məsuliyyət var idi. Onlara qalib gəldim. Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30