24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Gimnastika Federasiyasının İcra Komitəsinin 34-cü iclası keçirildi

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 34-cü iclası keçirilib.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, ilin yekunlarına həsr olunmuş iclasda AGF İcra Komitəsinin üzvləri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər.

İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər dayanıb.

İlk olaraq iclasda batut gimnastikası üzrə 2019-cu ildə Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.

Daha sonra AGF-nin baş katibi, gimnastika növləri üzrə yığma komandaların baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının illik hesabatları dinlənilib və müzakirələrdən sonra qəbul edilib.

İclasın gündəliyində duran əsas məqamlardan biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılmış AGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.

O cümlədən, AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək Ümumi Yığıncağının tarixi müəyyən edilərək, gündəliyi təsdiq edilib.

İcra Komitəsinin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələlərdən biri də 2020-ci il üzrə planların müzakirəsi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30