29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov dördqat dünya çempionu ilə birgə hazırlaşacaq

Ukraynanın Donetsk şəhərinin məşhur “Donbass Arena” stadionunda peşəkar boksçular arasında növbəti döyüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, WBA versiyası üzrə dünya kəməri və reytinq xarakterli döyüşlərin baş tutduğu boks şousunun fəxri qonaqları arasında ağır çəkili boksçular arasında keçmiş mütləq dünya çempionu Lennoks Lüis, “Union Boxing Promotion” kompaniyasının prezidenti Yuri Ruban, eləcə də azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov və s. da olublar.
Döyüşlərdən əvvəl F.Məmmədovla “Union Boxing Promotion” kompaniyasının prezidenti Yuri Ruban arasında görüş keçirilib. Görüşdə F.Məmmədovun oktyabrın 26-da Londonda keçirilməsi nəzərdə tutulan WBO versiyası üzrə reytinq xarakterli döyüşünə hazırlıq məsələsi müzakirə olunub. Görüşün sonunda F.Məmmədov qarşıdakı döyüşə sentyabrın 23-dən oktyabrın 21-dək dünya çempionu Vyaçeclas Sençenko ilə birgə hazırlaşması qərara alınıb.
Qeyd edək ki, V.Sençenko WBA versiyası üzrə dördqat dünya çempionudur.
Y.Rubanın fikrincə, birgə hazırlıq hər iki boksçu üçün müsbət fayda verəcək.
Yeri gəlmişkən, sentyabrın 21-də F.Məmmədovun Xarkov şəhərində də reytinq xarakterli döyüşü nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31