18 Sentyabr 2025, Cümə axşamı
Azərbaycan Kubokunun püşkü atıldı
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”dan fantastik qələbə!

Digər idman növləri

FİDE-nin yeni reytinqi: İlk “10-luq”da 2 azərbaycanlı şahmatçı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib. O, 2777 xalla 5-ci  pilləyə yüksəlib.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov ilk onluğa düşüb. Şahmatçımız 2767 xalla 9-cu pillədə qərarlaşıb.

Qədir Hüseynov da 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. "Top-100"ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir.

Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2870) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2822) ikinci, Liren Dinq isə (Çin, 2801) üçüncüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30