Digər idman növləri
Karateçilərimiz Çilidəki dünya çempionatını 4 medalla başa vurub
Yeniyetmə və gənclərdən ibarət karate milli komandamız Çilinin paytaxtı Santyaqoda XI Dünya çempionatını 4 medalla başa vurub.
Futbolxeber.az məlumatına görə, 16-18 yaşlı gənclər milli komandasının üzvləri Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) isə sonda medalçılar arasına düşə bilməyiblər.
Azərbaycan Repsublikasının Çili Respublikasında Müvəqqəti işlər vəkili Yasin Cəfərov və Azərbaycan Respublikası XİN-in əməkdaşı Rüstəm Həsənzadə yarışın keçirildiyi salonda idmançılarımıza dəstək olublar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov komandanın daha yüksək nəticə əldə etmək imkanları olduğunu bildirib: "Heyətdə yeni idmançılar olsa da, komanda əsasən titullu karateçilərdən ibarətdir. 21 yaşadək idmançılarda və 16-18 yaşlı gənclərdə bir neçə final və qızıl medal gözləyirdik. Yeniyetmələr isə belə yüksək səviyyəli yarışlara ilk dəfə çıxdığından nisbətən təcrübəsiz olurlar. Xüsusi qeyd edim ki, yarış proqramında dəyişikliklər, Çilidə baş verən hadisələr idmançıların fiziki və psixoloji durumuna mənfi təsirlərini göstərdi. Bu və digər səbəblərdən gözlədiyimiz nəticəyə tam nail ola bilməsək də, vətənə əliboş qayıtmırıq. Azərbaycan yenə də dünyanın sayılıb-seçilən karate ölkələri arasında mövqeyini qorudu. Bunu həmkarlarım da mənimlə söhbətlərində qeyd edirlər. Yarışlara iştirak etmək üçün bizə dəstək olan bütün təşkilatlara minnətdarlığımı bildirirəm. Qarşıdakı rəsmi yarışlarda da karateçilər onlara göstərilən etimadı doğrultmaq üçün bacarıqlarını əsirgəməyəcək, Azərbaycan idmanını dünyada tanıtmaqda davam edəcəklər!".
Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev dünya çempionatı ilə bağlı federasiyasnın saytına fikirlərini bölüşdü:
“Federasiya il ərzində yeniyetmə və gənclər milli komandasını nəzərdə tutulan bütün sınaq yarışlarına göndərdi. Sınaqlara yarışlarına əsasən Dünya çempionatına özlərini doğruldan idmançılar gəlmişdi. Çilidə nəticəni qənaətbəxş hesab etmək olar. Əyarı yüksək olan daha çox medallar gözləyirdik. Lakin idmançıların iqlimə adaptasiyasında problemlər oldu.
Əvvəlcədən yarışın proqramına əsasən idmançıların çıxış edəcəyi günlərə görə ölkəyə daxil olma vaxtları hesablanmışdır ki, adaptasiyaya mənfi təsir göstərməsin. Santyaqoda siyasi durumdan asılı olaraq, yarış proqramında yaş qruplarının çıxış edəcəyi günlər dəyişdiyinə görə idmançılar iqlimə uyğunlaşması nəzərdə tutulduğu kimi olmadı. Bu səbəblərə görə avropa və dünya mükafatçılarımızın çıxışları gözlənilən nəticəni vermədi. Buna baxmayaraq onlar medal görüşlərinədək mübarizə apardılar.
Noyabrın sonunda 2020-ci il üçün yeniyetmə və gənclər milli komandasının tərkibini təyin etmək üçün Respublika çempionatı keçiriləcək. Yeni tərkib ilə gələn ilin fevralında Macarıstanda Avropa çempionatına hazırlıqlara başlayacayıq.
Təqvim planına uyğun bütün yarışlarda iştirak etməyi təmin etdiyinə görə federasiya rəhbərliyi və bizə dəstək olan bütün ali idman təşkilatlarına komanda adından minnətdarlığımı bildirirəm”.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimova final görüşlərini idarə etmək kimi məsul vəzifələr həvalə olunub. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarını 10 il idarə etdiyi üçün, C.Babayev WKF-in Hakimlər komitəsinin sədri Xavier Eskalante tərəfindən fəxri yubiley medalı ilə təltif edilib.
Karateçilər 31 oktyabrda Bakıda olacaqlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
01.10.2026
30.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























