Digər idman növləri
Aikido Federasiyasının nümayəndəsi 2-ci Budo Festivalında iştirak edib
Rusiyanın paytaxtı Moskvada tanınmış Hollivud ulduzu və aikido üzrə yeddinci dan qara kəmər sahibi Stiven Siqalın rəhbərliyi ilə 2-ci Beynəlxalq Budo Festivalı keçirilib.
Festivalda ABŞ, Rusiya, Belçika, Niderland, İtaliya, Finlandiya, Polşa, Qazaxıstan, Belarus və digər ölkələri təmsil edən aikido ustaları iştirak ediblər. Ölkəmizi festivalda Azərbaycan Aikido Federasiyasının nümayəndəsi, 1-ci dan qara kəmər sahibi Ramin Məmmədzadə təmsil edib.
3 gün davam edən festivalda iştirakçılara aikido idman növünün incəlikləri barədə məlumatlar verilib. Tədbirdə müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verilməklə yanaşı, həmçinin aikido idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub. Seminar başa çatdıqdan sonra Ramin Məmmədzadə və Stiven Siqal arasında danışıqlar olub. Danışıqlar zamanı Hollivud ulduzunun gələn il Azerbaycanda aikido üzrə ustad dərsləri keçməsi barədə razılıq əldə olunub.
Stiven Siqalın Azərbaycandakı nümayəndəsi olan Ramin Məmmədzadə tədbir haqqında "olimpiyadunyasi.com” saytına məlumat verərək tanınmış döyüş ustasının ölkəmizdə ikigünlük ustad dərsləri keçəcəyini qeyd edib.
"Moskvada təşkil olunan tədbir sayca ikinci Budo Festivalı idi. Ötən il keçirilən festivalda 4 nəfərlik heyətlə təmsil olunmuşduq. Bu ilki festivalda isə ölkəmizi yalnız mən təmsil edirdim. Festival çərçivəsində iştirakçılara budo haqqında məlumatlar verildi, həmçinin aikido idman növü üzrə fəndlərin icrası əyani olaraq göstərildi. Festivaldan sonra Stiven Siqalla danışıqlar apardım. Məlumat üçün qeyd edim ki, mənim Stiven Siqalla dostluq əlaqələrim var. Mən, həmçinin, Stiven Siqalın Azərbaycandakı nümayəndəsiyəm. Seminardan sonra Hollivud aktyorunun Bakıya dəvəti ilə bağlı danışıqlar apardıq. Yəqin ki, biz gələn il Hollivud ulduzunu yenidən Bakıda görəcəyik. Onun paytaxtımızda ikigünlük ustad dərsləri keçəcəyi gözlənilir. İnanıram ki, bu tədbir yeniyetmə və gənc idmançılarımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, azərbaycanlı məşqçilər və idmançılar üçün də faydalı olacaq”, - deyə Ramin Məmmədzadə bildirib.
Məlumat üçün qeyd edək ki, tanınmış Hollivud ulduzu Stiven Siqal dəfələrlə Bakıda qonaq olub.
Mənbə: olimpiyadunyasi.com
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
11:14
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
DÇ-2026: İngiltərə millisi rekorda imza atıb
-
10:23
Braziliya Şotlandiyaya şans tanımadı VİDEO
-
10:02
DÇ-2026: 1/16 finalın ilk cütü müəyyənləşdi
-
09:45
İsveçrə Kanadaya qalib gəldi VİDEO
-
18:05
Azərbaycanı Praqada 15 cüdoçu təmsil edəcək
-
17:36
“Neftçi”dən üçüncü transfer
-
17:10
"Fənərbaxça" 18 yaşlı seneqallını transfer etdi
-
16:54
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
-
16:21
“Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
-
15:09
"Zirə"də növbəti ayrılıq
-
14:43
Samuel Lobato: “Arzularımdan biri “Qarabağ”la çempion olmaqdır”
-
14:12
Tahir Abdullayev: “UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”
-
13:37
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi transfer etdi
-
12:55
“Öz ölkəmdə Azərbaycan bayrağını yüksəltmək böyük qürurdur”
-
12:26
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
-
12:00
PFL klublara 3 milyona yaxın ödəniş etdi
-
11:44
"Neftçi"dən ayrılıb sabiq klubuna qayıtdı
-
11:18
Qusarda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
10:51
İngiltərə Qananın müqavimətini qıra bilmədi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Ronaldo dubl etdi, Portuqaliya qalib gəldi VİDEO
-
10:02
“Şahdağ Qusar”dan növbəti transfer
-
09:47
"Qarabağ" Avstriya toplanışına start verib VİDEO
-
19:02
İspaniya klubunda yeni baş məşqçi
-
18:30
Qattuzonun yeni klubu açıqlandı
-
17:49
"Zirə" Tavareş Vieranı transfer etdi
-
17:14
Murad Məmədov: “Atama dedim ki, vaxt gələcək, belə klublarda oynayacağam”
-
16:26
Ayxan Hüseynov rəsmən “Zirə”də
-
15:57
"Təhlükəsiz idman - hamı üçün" seminarı təşkil ediləcək
-
15:38
Kannavaro: “Portuqaliyaya qarşı mümkün qədər az səhv etməliyik”
-
15:13
“Kəpəz”də yeni baş məşqçi
-
15:00
"Xankəndi" üç futbolçu ilə vidalaşdı
-
14:41
"Turan Tovuz" Ayxan Abbasovun gedişini açıqladı
-
14:22
Eltun Yaqublu "Zirə"yə qayıtdı
-
14:05
“Araz-Naxçıvan” “Real”ın yetirməsini transfer etdi
-
13:49
“Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
13:33
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
-
13:17
“Zirə”nin rəqibi yenə qələbəyə həsrət qaldı
-
12:56
DÇ-2026 ilə erkən vidalaşan dördüncü komanda
-
12:28
"Gəncə" əcnəbi məşqçi ilə vidalaşdı
-
12:00
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
-
11:42
Millimizin üzvü “Turan Tovuz”u “Zirə”yə dəyişdi
-
11:14
DÇ-2026: 6 komanda pley-offa vəsiqə qazanıb
-
10:51
Norveç - Seneqal matçında 5 qol VİDEO
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
Fransa millisindən ardıcıl ikinci qələbə VİDEO
-
10:05
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu müəyyənləşdi
-
09:47
Argentinanın qələbəsi VİDEO
25.06.2026
24.06.2026
23.06.2026























