1 Mart 2026, Bazar günü
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Digər idman növləri

Cüdoçumuz Qran-Pridə gümüş medal qazandı

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində uğurla şıxış edib.

Futbolxeber.az saytının məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala kimi irəliləməyi bacarıb.

Həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gələn Leyla Əliyeva rəqibinə ipponla məğlub olaraq gümüş medalla kifayətlənib.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə özbəkistanlı Sərdar Nurillayevlə bacarmayıb və yekunda 5-ci olub.

Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) də medal qazana bilməyiblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31