Digər idman növləri
Trek üzrə ölkə çempionları müəyyənləşib
Respublika Velotrekində trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub.
Futbolxeber.az saytının məlumatına görə, bu növ üzrə ilin əsas yarışında klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.
Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə keçirilən yarışda 15 yaşadək velosipedçilər arasında 660 metr məsafəyə fərdi ötüşmədə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Radha Şabanova qızlar, Əlihüseyn Musazadə isə oğlanlar arasında bütün rəqiblərini qabaqlayıb. 17 yaşadək velosipedçilərin 1 km məsafəyə fərdi ötüşməsində oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Yusif İsmayılov, qızlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Viktoriya Sidorenko fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Yeri gəlmişkən, Viktoriya Sidorenko həmçinin skretç və çıxma yürüşündə də çempionluq sevinci yaşayıb.
Gənclər və U23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Nəcəf Bağırov 1 km məsafəyə fərdi, keyrin və sprint yarışlarında hamıdan güclü olmaqla 3 qat çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında skretç və çıxma yürüşündə 2 qızıl medala layiq görülüb.
15 yaşadək oğlan velosipedçilərin skretç və cıxma yarışında Respublika Olimpiya Velosiped Məktəbindən müvafiq olaraq Hüseyn Nərimanov və Vüsal Kazımov digər rəqiblərini qabaqlayıblar. 17 yaşadək oğlanlar arasında çıxma yarışında isə “Neftçi” İdman Klubu İctimai Birliyindən Nofəl Nuriyev fərqlənib.
Respublika Olimpiya Velosiped Məktəbinin daha bir üzvü Fatimə Əfqanzadə 15 yaşlı qızların skretç və çıxma yarışının qalibi olub. Və nəhayət, 17 yaşadək oğlanların skretç mübarizəsində adı çəkilən məktəbin velosipedçisi Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Qalib və mükafatçılar Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər. Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Aleksandr Ramalinqomun yubiley qolu
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- Abubakar “Bursaspor”a keçir?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA referiləri I Liqa oyunlarında
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
-
23:38
“Sumqayıt” - “Qarabağ” matçında 7 qol - VİDEO
-
23:13
Saşa İliç: “Dünyanın ən pis məşqçisi olmasam da...”
-
22:45
Qurban Qurbanovdan qələbə şərhi
-
21:22
"Sabah" və "Qarabağ"dan qələbə
-
20:51
"Turan Tovuz" mövsümü məğlubiyyətlə başa vurdu VİDEO
-
19:37
Berdıyev: “Avrokuboklarda uğur qazanmağımız transferlərdən asılı olacaq”
-
19:00
DÇ-2026: İngiltərə millisinin heyəti açıqlandı
-
18:46
Sezar Aspilikueta karyerasını bitirir
-
18:19
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
17:54
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
-
17:33
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
-
17:08
“Mançester Siti” Qvardiolanın gedişini açıqladı
-
16:45
I Liqaya vəsiqə uğrunda pley-off oyununun yeri bilindi
-
16:21
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
-
15:17
Alim Qurbanov, Zaur Ramazanov və Oqtay Abdullayev Mübariz Mənsimovun qonağı oldu FOTOLENT
-
14:32
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
-
14:00
Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
-
13:26
“Sumqayıt”ın könüllüləri ilə görüş keçirilib FOTOLENT
-
12:59
Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək
-
12:43
Voleybol millimiz Avropa Liqasına hazırlıq üçün Belarusa yollanıb
-
12:04
Norveç millisi mundiala bu heyətlə yollanır
-
11:38
Tyaqo Silva "Portu"dan getdi
-
11:15
Belçikada çempion müəyyənləşdi
-
10:51
Ronaldo dubl etdi, "Əl-Nəsr" çempion oldu VİDEO
-
10:27
İki güləşçimiz Avropa çempionu oldu
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:46
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan millisində
-
21:58
"Qəbələ" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:46
Kaxaber Sxadadze: "Heç bir halda arxayınlaşmaq olmaz"
-
21:13
AFFA bu klubun II Liqada iştirakına lisenziya verdi
-
20:21
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
-
19:07
I Liqanı tərk edən komanda müəyyənləşdi
-
18:39
"Neftçi" ölkə kubokunun qalibi oldu
-
18:14
I Liqada “Ayın qolu”nun müəllifi mükafatlandırıldı
-
17:52
"Qəbələ" - "Şamaxı": Heyətlər müəyyənləşdi
-
17:25
DÇ-2026: Seneqal millisinin heyəti
-
17:00
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
-
16:46
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı bilindi
-
16:28
Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlayacağı tarix məlum oldu
-
16:17
“Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
15:53
İnfantino "Sabah"ı təbrik edib
-
15:31
Almaniya millisi DÇ-2026-ya bu heyətlə yollanır
-
15:09
Braziliya Avarçəkmə Federasiyasının nümayəndəsi WUF13 çərçivəsində Bakıda səfərdədir
-
14:44
“Təmiz söhbət”in növbəti qonağı “Hikmət Karaman olub VİDEO
-
14:15
İspaniya klubu kapitanı ilə müqaviləni yenilədi
-
13:52
Ağırlıqqaldırma Federasiyası regionlarda avadanlıq təminatını davam etdirir
-
13:20
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu
-
12:36
Stolüstü tennisçilərimiz Özbəkistanda 4 medal əldə ediblər
-
12:08
I Liqanı tərk edəcək komanda bu gün məlum olacaq
-
11:43
XXXIII turun hakim təyinatları
22.05.2026
21.05.2026























