29 May 2020, Cümə
“Qarabağ"da bosniyalı yarımmüdafiəçi?
“Qəbələ”dən ardıcıl 5-ci çempionluq
“Qarabağ” rekordçular arasında
Dmitri Nazarovdan növbəti qol

Digər idman növləri

Məmmədəli Mehdiyev 7-ci oldu

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Futbolxeber.az saytının məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev 1/32 finalda İrji Petrlə (Çexiya) üz-üzə gəlib və qələbə qazanıb. O, 1/16 finalda Remi Fülleni (Mavritiya) məğlub edib. İdmançımızın 1/8 finaldakı  Mikail Özerlerə (Türkiyə) qalib gəlib. Mehdiyev 1/4 finalda Nemanya Majdovla (Serbiya) qarşılaşıb və uduzub. Cüdoçumuz "bürünc" şansını davam etdirib. O, təsəlliverici görüşdə Aksel Klerqe (Fransa) ilə qarşılaşıb və məğlub olub və yekunda mundialın 7-cisi olub.

70 kq çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, 1/32 finalda Aoyfe Koflana (Avstraliya) uduzub.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31