19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 27-dək davam edəcək festivalda 48 ölkənin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etmək üçün müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı isə zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.

Millimiz festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaq.

135 dəst medal sahibini tapacağı yarışlar zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start verilib. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edirlər. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayıb. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31