20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Avropa oyunlarında idmançılarımızın nəticələrini uğurlu saymaq olar"

"Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar".

Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov söyləyib.

Nazir cüdo yığmamızın qızıl medal qazanmamasından təəssüfləndiyini bildirib: “Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik. Təəssüflər olsun ki, bu, alınmadı. Düşünürəm ki, Azərbaycan Cüdo Federasiyası üzümüzə gələn Tokio Olimpiadasına çox ciddi yanaşmalıdır, bütün imkanları səfərbər etməlidir. Çünki bizim cüdoda çox yüksək səviyyəli komandamız var, onların güclü potensialı var”.

Güləşçilərin həmişəki kimi əldə etdiyi medallarla Azərbaycanı sevindirdiyini vurğulayan A.Rəhimov boks yığmamızda qızıl medalın qazanılmasını uğurlu nəticə kimi qiymətləndirib.

II Avropa Oyunlarının təşkilatçılıq baxımından yüksək təşkil edildiyini deyən nazir bildirib ki, burada təşkilati işlərdə azərbaycanlı mütəxəssislər də yaxından iştirak edib. Bakıda keçirilən I Bakı Avropa Oyunlarında qoyduğu standartlar Minskdə də uğurla tətbiq edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30