19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Gimnastlarımız Polşada 10 medal qazandılar

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçiləri yarışı 10 medalla başa vurublar.

Gənclər arasında fərdi proqramda çıxış edən Arzu Cəlilova topla hərəkətlərinə görə gümüş, gürzlərlə kompozisiyasında isə bürünc medal qazanıb. Komanda yoldaşı Nərminə Səmədova da lent ilə çıxışına görə sıralamada ikinci olaraq, gümüş medala sahiblənib. Gimnastlarımız həmçinin komanda hesabında da fərqlənərək, qızıl medal əldə ediblər.

Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək, hər birində medal qazanmağa nail olublar. Belə ki, Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Əkbərova, Mədinə Əsədova və Selcan Hacızadədən ibarət gənc qrup hərəkətləri komandamız hesaba tam 1 dəst medal yazdırıb. Gənc gimnastlarımız çoxnövçülükdə gümüş, halqa ilə kompozisiyalarına görə bürünc, lent ilə çıxışlarına görə isə ən yüksək xalla qızıl medala layiq görülüblər.

Böyüklər arasında mübarizə aparan Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovadan ibarət qrup hərəkətləri komandası da çoxnövçülük, top, həmçinin halqa-gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30