Digər idman növləri
Rafael Ağayev: "Həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi"
"Digəri ilə müqayisədə, yer aldığım qrup güclü idi. Türkiyəli Erman Eltemuru və macarıstanlı Qabor Harspatakiilə ardıcıl iki il finalda olmuşuq. Digər rəqibim - britaniyalı Co Kellaveyi yeni idmançıdır. Onunla bir qədər çətin oldu. Qrupdan birinci yerlə çıxdım".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan millisinin karateçisi Rafael Ağayev deyib. 75 kq çəki dərəcəsində çıxış edən 34 yaşlı idmançı finalda uduzmasının səbəblərindən danışıb:
“Yarımfinalda qarşılaşdığım estoniyalı Pavel Artamonov da gəncdir, onun döyüşlərini izləməmişdim. Hesabda geri düşsəm də, qələbə qazandım. Finalda isə indiyə qədər 4 dəfə qalib gəldiyim ukraynalı Stanislav Horuna ilə qarşılaşdım. Səhv etmirəmsə, ona 1 və ya 2 dəfə uduzmuşam. Başlanğıcda 2 xallıq zərbə vurdum. Ancaq hakimlər saymadı. Bunu bəhanə etmirəm. Ardınca 1 xal geri düşdüm. Sonra isə başıma 3 xallıq zərbə buraxdım. İkinci yeri tutdum. Nədənsə bu il məndə heç gətirmir. Hələlik qızıl medalım yoxdur”.
Ağayevin sözlərinə görə, Yay Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra karatedə rəqabət artıb: “Bura qızıl medal üçün gəlmişdim. Bunu bəhanə kimi demirəm - bu, yarışa cəmi 4 gün ərzində hazırlaşmışam. Çünki Türkiyədə lisenziya yarışında 5-ci döyüşümdə zədə almışdım. Heç həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi. 25 gün ərzində iynə-dərman və toplardan istifadə edərək ayağa qalxdım. Cəmi 3 gün məşq edib, bura gəlmişdim. Özümə inam vardı, alınmadı. Bu il tilsimi qıra bilmirəm. Gələn yarışlara yaxşı hazırlaşmaq lazımdır. Uduzmağımın digər səbəbi yorğunluqdur. Bu yarışla birgə keçən ildən indiyə qədər 86 döyüş keçirmişəm. Bu, normadan çoxdur. Başqa idman növlərində 20-25 döyüş olur. İki ay fasiləmiz var, dincələcəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına düşmək və qızıl medal götürməkdir”.
Əfsanəvi karateçi II Avropa Oyunlarında medal qazanan bütün Azərbaycan idmançılarını təbrik edib: “Karateçilər olaraq daha çox qızıl medal qazana bilərdik. Özümdən və Firdovsi Fərzəliyevdən də qızıl medal gözləyirdim. Amma alınmadı. Rafiz Həsənov məşqlərdə ən yaxşılardan idi. Sadəcə olaraq, aura onu sıxdı. Başda sərbəst güləşçimiz Hacı Əliyev olmaqla, medal götürən bütün idmançılarımızı təbrik edirəm. O, 26 iyunda - Silahlı Qüvvələr Günüündə çempion oldu və qızıl medalını əsgərlərimizə həsr etdi. Mən də istəyirdim ki, qələbəmi həmin əsgərlərimizi dünyaya gətirən, böyüdən analara həsr edim. Qismət olmadı. Gümüş də olsa, medalsız qayıtmıram" (Report).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:49
“Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır”
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
13.09.2026
12.09.2026
11.09.2026
























