29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Mariya Stadnik çempion oldu

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün 4 qadın güləşçimiz döşək üzərinə çıxıb. Onlardan ikisi qızıl, ikisi bürünc medal uğrunda yarışıb.
 
50 kq çəkidə mübarizə aparan Mariya Stadnik həlledici qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib və rəqibini 7:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının qalibi olub. 
 
Alyona Kolesnik (57 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bediha Günlə güləşib. 9:4 hesablı qələbəyə sevinən Kolesnik "bürünc"ə sahib çıxıb. 
 
Elmira Qəmbərova (62) finalda ukraynalı idmançı Yuliya Tkaçla qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə uduzub.
 
76 kiloda yarışan Səbirə Əliyeva isə bürünc medal uğrunda İselin Solheymə (Norveç) uduzub.
 
Qeyd edək ki, bu günə qədər güləş millimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31