16 Oktyabr 2019, Çərşənbə
Millimiz İsveçrəyə uduzdu
U-19 San Marinoya qalib gəldi
VII turun hakim təyinatları
Millinin ən yaxşısı - Şeydayev

Digər idman növləri

Avropa Oyunları: Stadnik və Qəmbərova finalda (Yenilənir)

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə,  bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda Evin Demirhanla (Türkiyə) qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. O, həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.  Güləşçimiz 1/4 finalda Mimi Xristovaya (Bolqarıstan) uduzub - 0:6.

62 kq

Elmira Qəmbərova 1/8 finalda Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşüb. 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın yarımfinaldakı rəqibi Krişta İnçze (Rumıniya) olub.  İdmançımız 4:1 qələbə qazanaraq finala yüksəlib.

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gəlib. 8:2 hesabı ilə rəqibini məğlub edən Əliyeva yarımfinalda Frensi Rideltlə (Almaniya) qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31