16 Oktyabr 2019, Çərşənbə
Millimiz İsveçrəyə uduzdu
U-19 San Marinoya qalib gəldi
VII turun hakim təyinatları
Millinin ən yaxşısı - Şeydayev

Digər idman növləri

“İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm”

"Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim".

Bunu  sərbəst güləş üzrə Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu  "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlməsini şərh edib. O bildirib ki, hər görüşün öz çətinliyi var: "Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. Səhərdən ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacağını düşünürdüm. Bunu düşünə-düşünə ona qalib gəldim".

Əliyev artıq qarşıdakı final oyunlarını düşündüyünü əlavə edib: "Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə qalib gəlim"

Titullu pəhləvan finala yüksəlməsini Azərbaycanın Silahlı Qüvvələrinə həsr etdiyini də deyib: "Çalışıram ki, rəqiblərimə xal verməyim. Əksinə, özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar. Bu gün gözəl gündür, Silahlı Qüvvələri günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm".

Qeyd edək ki, ilk qarşılaşmasında ermənistanlı Valodya Franqulyana qalib gələn Hacı Əliyev ardınca belaruslu Georgi Koliyev və ukraynalı Hor Ohanesyandan da güclü olub. O, finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək (Report).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31