18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Avropa Oyunları: Mahir Əmiraslanov finalda

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün sərbəst güləş yarışlarına start verilib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulub.

Bu mərhələdə Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdəki rəqibi Vladimir Yeqorovu (Şimali Makedoniya) da məğlub edən (4:0) güləşçimiz yarımfinalda rusiyalı Zavur Uquyevlə üz-üzə gəlib və rəqibini 3:2 hesabı ilə üstələyərək finala çıxıb.

74 kq çəki dərəcəsində güləşən Hacımurad Hacıyev elə ilk mərhələdəcə türkiyəli Soner Dəmirtaşa uduzub - 3:4. Dəmirtaş finala qədər yoluna davam etdiyi üçün Hacımurad təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. "Bürünc yolu"nda onun ilk rəqibi yunanıstanlı Kirillos Binenpaum olacaq.

Aleksandr Qostiyev (86 kq) 1/8 finalda moldovalı Deniv Balauru 7:1 hesabı ilə məğlub edərək, növbəti mərhələdə gürcüstanlı Sandro Aminaşviliyə rəqib olub. Gürcü güləşçiyə 6:2 hesabı ilə qalib gələn idmançımız yarımfinaldakı rəqibi Dauren Kuruqliyevə (Rusiya) 0:6 uduzub. O, sabah bürünc medal uğrunda yarışacaq.

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov da yarışa uğurlu start verib. Vitali Piasniakla (Belarus) görüşdə 6:0-lıq qələbə qazanan güləşçimiz 1/4 finalda Macarıstan idmançısı Daniel Ligetinlə qarşılaşıb. Həmin görüşdə də 6:5 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinalda gürcüstanlı Givi Maçaraşvili ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30