24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Qurtuluş Gününə həsr olunmuş seminar və yarış keçirilib

15 İyun Qurtuluş günü münasibətilə Azərbaycan Milli Karate Federasiyası, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə karate üzrə seminar və Xətai rayon birinciliyi keçirilib.

Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun Futbolxeber.az saytına verdiyi məlumata görə, ikiqat Dünya çempionu, 7-ci dan qara kəmər sahibi Fizuli Musayevin rəhbərliyi ilə seminar böyük maraqla qarşılanıb.

Seminara müxtəlif bölgələrdən idmançı və məşqçilər qatılıb. Ertəsi gün yarışlarda isə Rusiyanın Maqadan vilayətindən gələn idmançılarla birgə 21 klubun tərkibində 250-dək karateçi iştirak edib.

6-20 yaş arası uşaq, yeniyetmə və gənclər arasında yarışın nəticələrinə əsasən “Arpaçay”, “Qaraqaplan” və “Buta” (Sumqayıt) klubları komanda hesabında ilk yerləri bölüşüb.   

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30