20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fariz Məmmədov: "Döyüşlərə ciddi hazırlaşıram"

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən boksçumuz Fariz Məmmədovun növbəti döyüşlərinin vaxtı və məkanı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, döyüşçümüz sentyabrın 21-də Ukraynanın Xarkov şəhərində WBO versiyası üzrə reytinq xarakterli döyüşə çıxacaq. Oktyabrın 26-da isə Məmmədovun Böyük Britaniyada daha bir reytinq görüşü gözlənilir.

Məmmədov gabalafc.az-a açıqlamasında hazırda Ukraynada olduğunu və bu qarşılaşmaya ciddi hazırlaşdığını bildirib. Boksçu reytinq baxımından qarşıdakı döyüşlərin böyük önəm daşıdığını söyləyib: "Döyüşlərə ciddi hazırlaşıram. Daha dəqiq desəm, son döyüşümdən sonra məşqlərə çox qısa ara vermişdim və hazırlığımı davam etdirirdim. Reytinq baxımından qarşıdakı döyüşlərin böyük önəmi var. Bu döyüşlərdə qələbə qazanmaqla karyeramda ciddi yüksəlişə nail olmaq istəyirəm. Daha əvvəl də açıqladığım kimi məqsədim Avropa çempionluğu uğrunda döyüşməkdir".

Fariz Məmmədovun rəqiblərinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30