16 Iyul 2019, Çərşənbə axşamı
"Qarabağ"da mərakeşli müdafiəçi
"Neftçi" üçün avstriyalı hakimlər
"Zirə"də monteneqrolu müdafiəçi
Rəşad Sadıqov 300-ə çatdı

Digər idman növləri

Hemilton: "Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi"

“Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi. Həftəsonu ərzində ən sürətli deyildim”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Marca”ya “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinin qalibi Lüis Hemilton deyib.

Beşqat dünya çempionu olan 34 yaşlı britaniyalı pilot həftəsonu baş tutacaq yarışla bağlı da fikirlərini bölüşüb: “Bakıdakı tras yaxşıdır, amma onun üzərində inadla çalışmaq lazımdır. Məqsədim daha inkişaf etmək və yaxşı olmaq, indikindən də yüksək nəticələr qazanmaqdır. Bottasın mənimlə rəqabət aparacağını, “Ferrari”nin də özünü göstərəcəyini gözləyirəm”.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31