29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov: “Tale Heydərovun yerində kimisə təsəvvür etmək çətindir”

“Qəbələ" idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov Tale Heydərovun istefasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, şəxsi "Feysbuk" səhifəsində T.Heydərovun "Qəbələ"yə qazandırdığı uğurlardan yazan peşəkar boksçular arasında dünya və Avropa çempionu onun vətənpərvərliyindən, ölkə idmanı üçün etdiklərindən söz açıb. F.Məmmədov bu şəxsin onun karyerasında da böyük rol oynadığını qeyd edib:

"Çoxları artıq bilir ki, Tale Heydərov aprelin 10-da istefa verdi. O, 2005-ci ildən "Qəbələ" futbol klubunun, 2013-cü ildən isə onun bazasında yaradılmış idman klubunun prezidenti idi. Klubda futbolla yanaşı, cüdo, boks, MMA, karate, sərbəst, yunan-roma güləşi, taekvondo, kikboksinq, qol güləşi və atıcılıq kimi digər idman bölmələri də fəaliyyət göstərir. "Qəbələ" ölkənin ən böyük idman klubudur. Cəmiyyətin reaksiyası özü hər şeydən xəbər verir.

O, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovla birlikdə kluba uğur qazandırıb. Bu, çox vacib və nadir görülən hadisədir ki, rəhbərlik klubu vətənpərvərlik hissləri və ölkəsi üçün nəsə etmək istəyi ilə idarə edir, yalnız özünü düşünmür.

"Qəbələ" idman klubu şəxsən mənim karyeramda böyük rol oynayıb. Ən çətin vaxtımda mənə dəstək olub və öz işimi görməyə imkan yaradıb. Həmçinin, idmançılarımız dünya və olimpiya yarışlarında mükafatçılar sırasına düşüb, Azərbaycan bayrağını ucaldıblar.

Hesab edirəm ki, yaxşı təşkilatlanmış qurum özü yaxşı əməkdaşlar yetişdirir, özü onları yönləndirir. Tale Heydərov da məhz belə insanlardandır. O, hər zaman idmançılara dəstək olub, bir rəhbərin edə biləcəyindən daha çoxunu edib. Onun yerində kimisə təsəvvür etmək çətindir. Tale Heydərov qarşısına yüksək hədəflər qoymuş əsl vətənpərvərdir.

Son olaraq, bir cümlə ilə "Qəbələ" idman klubunun prezidentinin işini xarakterizə etmək istəyirəm: "İnsanları arxanca aparmaq istəyirsənsə, onların önündə get".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31