20 Mart 2026, Cümə
Millimiz 27 futbolçu dəvət aldı
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə

Digər idman növləri

“Qəbələ”nin üzvü UFC-də qüvvəsini sınamağa hazırlaşır

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov ABŞ-da keçirilən təlim-məşq toplanışını başa vurub. Futbolxeber.az saytının məlumatına görə, idmançımız vətənə döndükdən sonra hazırlıq prosesi barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“ABŞ-da keçən təlim-məşq toplanışı yaxşı keçdi. Buradakı iştirakım klubun meneceri və baş məşqçisinin dəvəti ilə gerçəkləşdi. Hazırlıq bir sıra tanınmış idmançılar da iştirak edirdi. 77 kq çəki dərəcəsində UFC versiyası üzrə çempion titulunun sahibi Kamaru Usman da onlar arasında idi. 70 kq və 81 kq kateqoriyalarında çıxış edən güclü idmançılar da toplanışa qatılmışdılar. ABŞ-dakı hazırlıq çərçivəsindəki məşq prosesi bizdən fərqlənmir. Amma orada sparrinq üçün sınaqçı rəqiblərin güclü olması böyük üstünlükdür. Həm də okeanın o tayında əl və ayaq texnikasına hesablanmış məşqlər də keçirilir”.

Bəxtiyar yaxın müddətdə yenidən Şimali Amerikaya yollanacağını da bildirib: “ABŞ-da daha bir hazırlıq prosesi olacaq. Bu toplanış səkkiz həftə, yəni iki ay çəkəcək. Aprelin əvvəllərində növbəti toplanışın vaxtı dəqiqləşəcək. Yəqin ki aprelin ortalarında orda olacam”.

Abbasov ABŞ-da hazırlıq keçməsinin səbəbini də açıqlayıb. O, dünyanın ən nüfuzlu əlbəyaxa döyüş növləri üzrə versiyaları UFC və Bellatorda qüvvəsini sınamaq imkanı qazanacaq: “UFC və Bellator versiyaları üzrə döyüşlərin təşkilatçıları bütün göstəricilərimlə maraqlanıblar. Hətta tibbi müayinədən də keçmişəm. UFC-da qüvvəmi sınayacağıma ümid edirəm. Çünki toplanışı izləyən menecerlər də mənim hazırlığımı bəyəndilər. Bu yarışa da ABŞ-da hazırlaşacağam”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31