27 May 2026, Çərşənbə
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Digər idman növləri

Azərbaycan və İtaliya gimnastları arasında yoldaşlıq görüşü

Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, matç İtaliyanın Desio şəhərində təşkil olunub. Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, gənclər arasında fərdi yarışda Arzu Cəlilova və Nərminə Səmədova, qrup hərəkətləri komandasında Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Milana Əkbərova iştirak ediblər.

Qeyd edək ki, görüşdən bir gün sonra Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva İtaliya məşqçilərinə master-klass keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31