29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Həbib etiraz edir: “Əbədi siyasət”

İrlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən 9 ay müddətinə yarışlardan kənarlaşdırılan Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov qərarla bağlı narazılığını bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, “Twitter” hesabında bu qərara etiraz əlaməti olaraq, “əbədi siyasət” deyə paylaşım edib.

Qeyd edək ki, Atletika Komissiyası 6 aylıq diskvalifikasiya ilə yanaşı, Həbibi həmçinin 500 min dollar cərimələyib. Tərəflər arasında görüş oktyabr ayında  baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq. Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq.

Onun rəqibi Konor Maqreqor isə 50 min dollar cərimələnib.

 

 

         

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31