22 Fevral 2019, Cümə
Türkiyə millisinin sabiq üzvü paytaxtımıza gəlir
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
Klublar Komitəsinə sədr seçiləcək
Etopaz-da bu gün 27 canlı oyun

Digər idman növləri

Nurməhəmmədovu məğlub edən azərbaycanlı qripdən dünyasını dəyişdi

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Futbolxeber.az saytının modern.az-a istinadən verdiyi məlumata görə, idmançının ölüm səbəbi qripdir. Onun nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl soyuqdəymədən müalicə alıb: “Daha sonra xəstəlik şiddətlənib və onun  bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.

Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.

“Bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim", - deyə idmançı bildirmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit