19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Velosiped tariximizdə ilk: 2 idmançımız İsveçrəyə yollanır

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şosse velosipedi üzrə U-23 yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrənin Eql yerləşən Dünya Velosiped Mərkəzində (World Cycling Centre) 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub.

Futbolxeber.az saytının məlumatına görə, idmançılarımız yanvar ayının 15-dən etibarən 6 ay müddətində burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla öz ustalıqlarını artıracaqlar.

Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə olaraq 2 idmançımız eyni anda adı çəkilən idman mərkəzində ustalığını artıqmaq şansı əldə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30