20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Federasiya Kuboku yarışının qalibləri müəyyənləşdi

2018-ci ilin təqvim planına əsasən, Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu sınağı - Federasiya Kuboku yarışı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı 5 növdə qalibi müəyyən edib.
 
Elit, U-23 və gənc oğlanların eyni qrupda mübarizə apardığı keyrin yarışlarında yığma komandamızın lider idmançısı Sergey Omelçenko bütün rəqiblərindən güclü olub. “Neftçi” İdman Klubunun nümayəndəsi Mahmud Məmmədov bu yaş kateqoriyasında 1 km məsafəyə fərdi ötüşmədə 1-ci yeri tutub. Çıxmaq şərti ilə qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Nəcəf Bağırov digər rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə çempion olub.
 
15 və 17 yaşadək qızlar arasında 1 km məsafəyə fərdi ötüşmədə müvafiq olaraq 7 saylı Olimpiya Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Gülşən İsmayılova və Elfanə Camalova hamını qabaqlayıb. 15 yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Mustafa Muxtarlı 1 km, 17 yaşadək idmançılar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sitov 2 km məsafəyə fərdi ötüşmə yarışında fərqlənib. Yeri gəlmişkən, Nikita Sitov həmçinin 8500 metr məsafəyə skretç yarışında da çempionluq sevinci yaşayıb. 17 yaşadək qızların 5000 metr məsafəyə skretç yarışı isə 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Viktoriya Sidorenkonun qələbəsilə yekunlaşıb.
 
Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim ediblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30