18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Təhsil” RİM-in Açıq Birinciliyi keçirilib

2018-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, Respublika Velotrekində “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında trek velosipedi üzrə Açıq Birinciliyi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda klub və cəmiyyətlərin 100-ə yaxın üzvü iştirak edib.

15 yaşadək qızların 1 km məsafəyə fərdi ötüşmə yarışında 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Gülşən İsmayılova bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Mehran Əhmədzadə fəxri kürsün ən yüksək pilləsinə qalxıb. U-17 yaş kateqoriyasında qızlar arasında Elfanə Camalova, oğlanlar arasında isə Nikita Sitov hamıdan güclü olub. Adları çəkilən idmançılar Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir.

17 yaşadək qızların 5 km məsafəyə dairəvi qrup ötüşməsində 7 saylı Olimpiya Məktəbinin yetirməsi Lalə Əbdürəhmanova bütün rəqiblərindən güclü olub. Nikita Sitov isə fərdi ötüşmədən savayı, 8,5 km məsafəyə qrup ötüşməsində də çempionluq sevinci yaşayıb.

Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30