24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

İdmançılarımız Olimpiadanı 6 medalla başa vurdu

Azərbaycan milli komandası Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, olimpiadaya yollanan 17 idmançıdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.

Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 31-ci, medal sayında isə 37-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan idmançıları “Sinqapur-2010” olimpiadasında 8 (5 qızıl, 3 gümüş), “Nankin-2014”də 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar. Yığma ilk olimpiadanı 204 ölkə arasında 11-ci, ikincisini isə 203 ölkə arasında 10-cu yerdə başa vurub (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30