24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Vüqar Talıbov olimpiya çempionu oldu!

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu mötəbər yarışda ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb.
 
66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
 
Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib. Digər təmsilçimiz Vüsalə Kərimova qızların yarışında 44 kq çəki dərəcəsində 7-ci yeri tutub.
 
66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub.O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla  Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30