19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Uşangi Kokauri: “İl ərzində xeyli güc sərf etdik ki, medal qazanaq”

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanan Uşangi Kokauri birifinq keçirib.

- Hansı hissləri keçirirsiniz?

- Medal qazandığım üçün şadam. Çoxdandır medalım yox idi. Finala çıxacağımı gözləmirdim. Məşqçimizlə birgə hazırlaşmışdım. Amma finalda nə isə alınmadı. İşləməyə davam edəcəyik.

- Görüşün gedişində rəqibə fənd atdınız. Amma sizə xal verilmədi? Sanki daha sonra yoruldunuz...

- Bəli, yoruldum. Sonra isə səhvlərə yol verdim. Nəticədə məğlubiyyətlə üzləşdim.

- Həmin epizodda saxlama fəndini yerinə yetirməyə nə mane oldu?

- Rəqib kifayət qədər güclüdür. Buna görə də saxlama fəndindən çıxa bildi. Onu yaxşı saxlaya bilmədim. O, çevrilməyi bacardı.

- Rəqibinin gürcüstanlı olması çıxışınızda hansısa rol oynadımı? Bu görüşün gedişinə təsir etdimi?

- Açığı, indiyədək onunla üç dəfə qarşılaşmışdım. Aramızda təmiz idman rəqabəti var. Bu idmandır. Biz də mübarizə aparırdıq.

- Prinsipiallıq var idimi?

- Bəli. Qalib gəlmək istəyirdim. Hər zaman belə görüşlərdən gözləntilər olur.

- Qızıl medal uğrunda yarışacağınızı gözləyirdinizmi?

- Açığı, bunun üçün hazırlaşmışdım. İl ərzində xeyli güc sərf etdik ki, medal qazanaq. Finala yüksələndə gözləntilərim qeyri-adi idi. Hətta dərhal final görüşünə çıxmaq istəyirdim. Hisslərim inanılmaz idi. Final qarşılaşmasını gözləyə bilmirdim.

- Düşünmürsünüz ki, çexiyalı Olimpiya çempionu Lukas Krpalek üzərində qələbə qazandığınız görüş ən yaddaqalan oldu?

- Sizinlə razıyam. O, həqiqətən də, dözümlü idmançıdır. Olimpiya çempionu olub və kifayət qədər güclüdür. Lakin təlim-məşq toplanışlarında ona qalib gəlmişdim. Bu gün də qalib gələcəyimi gözləyirdim. Nəticədə elə də oldu.

- Azərbaycan yığması bir gümüş və bir bürünc medal qazandı. Digər idmançıların çıxışlarını necə dəyərləndirirsiniz?

- Bu barədə bir söz deyə bilmərəm. Suala məşqçilər daha yaxşı cavab verə bilərlər ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30