18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Elxan Məmmədov da uduzdu

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, altıncı yarış günündə 100 kq çəki dərəcəsində Elmar Qasımovla Zelim Kotsoyev mübarizəyə qoşulublar. Hər iki idmançı yarışa 1/32 final mərhələsindən başlayıb.

Onlar ilk görüşlərini isveçli cüdoçulara - müvafiq olaraq, Martin Paçek və Yoakim Dvarbiyə qarşı keçiriblər. Rəqibinə ipponla qalib gələn Qasımov adını 1/16 finala yazdırıb. 28 yaşlı idmançımız bu mərhələdə monteneqrolu Danilo Pantiçlə üz-üz gəlib. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşıb. Rəqibinə uduzan cüdoçumuz çempion olmaq şansını itirib.

Kotsoyev isə ilk mərhələdəcə Yoakim Dvarbiyə məğlub olub.

Qeyd edək ki, geridə qalan 5 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Məmmədəli Mehdiyev (90 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Fərdi yarışlarda son olaraq sentyabrın 26-da İrina Kindzerska (+78 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30