20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Prezidentin yarışa gəlişindən sonra həvəslənmişdim ki, udacağam”

“Çox çətin görüş oldu. Dünya çempionatlarında ilk medalımdır. Yarımfinalda uduzduğum yaponiyalı Soiçi Haşimoto dünya çempionudur, güclü idmançıdır. Cənab prezidentin yarışa gəlişindən sonra həvəslənmişdim ki, udacağam”.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərov deyib.

Yarışda Azərbaycan millisinə ilk medalı qazandıran 21 yaşlı idmançı fəxri kürsüyə yüksəldiyi üçün çox sevindiyini söyləyib: “Yarımfinalda uduzandan sonra bürünc medalı əldən verməyəcəyimi dedim. Medalı götürdüm, çox sevinirəm”.

73 kq çəki dərəcəsində mübarizə aparan H.Heydərov yarımfinalda yorulduğu üçün uduzduğunu deyib: “Yarımfinaldakı rəqibim çox yaxşı hazırlaşmışdı. Həmin görüşdə yoruldum. Dünya çempionatının bürünc medalı karyeramın ən böyük uğurudur. Finalda uduzmaqdansa, bürünc medal uğrunda qalib gəlməyi üstün tuturam”.

H.Heydərov son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb və bürünc medal əldə edib. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan idmançı, Avropa çempionu tituluna malikdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30