29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bacı-qardaş Bakıda eyni gündə dünya çempionu oldular

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında növbəti medalçılar müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, ikinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

66 kq çəkidə yaponiyalı Hifumi Abe ardıcıl ikinci il dünya çempionu olub. 52 kq qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib.

66 kq çəkidə qazaxıstanlı Yerlan Serikjanov gümüş, cənubi koreyalı An Baul və ukraynalı Georgi Zantaraya bürünc medala sahib olub.

Qadınlarda isə yaponiyalı Ay Şişime gümüş, fransalı Amandin Buşar və braziliyalı Erika Miranda bürünc medala yiyələniblər.

Qeyd edək ki, Bakıdakı mundialın ilk yarış günündə də tarixi hadisə baş verib. Ukraynalı Darya Beloded (48 kq) 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu olub. Beloded böyüklər arasında bu adı qazanan ən gənc cüdoçudur. Bu gün dünya çempionu olan növbəti qadın cüdoçu Uta Abe isə 18 yaş 2 ay 7 günlüyündədir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31