23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

4 idmançımızda dopinq aşkarlandı

Azərbaycanın daha 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

“Report” Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısından alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. Onun cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.

Boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzası 5 mart 2018-ci il tarixindən hesablanır.

Voleybolçular - İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası 16 iyul 2018-ci il tarixindən qüvvəyə minib. Cəzası 22 may 2018-ci ildən hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiya ilə üzləşib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 20 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30