29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Yaponiya millisi Bakıya 22 cüdoçu ilə gəlir

Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Yaponiya Cüdo Federasiyasının rəsmi saytı xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Şohei Ono (73 kq) və Maşu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.

Kişilərin mübarizəsində 9 cüdoçu - Naohisa Takato, Ryuju Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Haşimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoşi Harasava (hər ikisi  +100 kq) iştirak edəcək.

Qadınlardan ibarət komandanın heyətində də 9 cüdoçu - Funa Tonaki (48 kq), Ay Şişime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Tsukasa Yoşida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Şori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.

Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda 4 cüdoçu - Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Şoiçiro Mukai (90 kq) təmsil olunacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31