26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Velosipedçimiz Belçikada çempion oldu

Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış təmsilçimizin solo-finişi ilə yadda qalıb.

Bu ilin iyununda keçirilən Azərbaycan çempionatının qalibi olmuş Kiril Pozdnyakov çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat, 45 dəqiqə, 30 saniyəyə başa vurub və ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.

Qeyd edək ki, 1954-cü ildən etibarən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır və müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30