25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Sizə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”

 İyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatı zamanı paytaxtımızda olmuş Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartien mötəbər yarışın uğurla başa çatması ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatı ilə əlaqədar yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərova təşəkkür məktubu göndərib.

Futbolxeber.az saytıın məlumatına görə, Bakıya səfərindən məmnunluğunu ifadə edən UCI prezidenti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, bu cür böyük tədbiri təşkil etmək olduqca böyük məsuliyyət və əmək tələb edir. Təşkilat Komətisinin gördüyü işlər Bakıya gələn qonaqların yaddaşlarında xoş xatirələrlə qalacaq.

“Bütün bunları nəzərə alaraq Sizə BMX velosipedinin inkişafına verdiyiniz böyük dəstəyə görə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”, deyə David Lappartien fikirlərini tamamlayıb.

Qeyd edək ki, 5 gün davam edən dünya çempionatında planetin 43 ölkəsinin 1520 idmançısı iştirak edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30