29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Millimizin kapitanı: "Hər üç oyundan qələbə ilə ayrılmaq istəyirik" - MÜSAHİBƏ

Bir həftə sonra Bakıda çimərlik futbolu üzrə yığma komandaları arasında Avroliqa oyunları start götürəcək. Milli komandamız “Su idman Sarayı”nda keçiriləcək görüşlərdə meydana çıxacaq. Millimizin rəqibi Fransa, Belarus və Portuqaliya yığmaları olacaq. Oyunlar öncəsi çimərlik futbolu üzrə yığma komandamızın kapitanı Asif Zeynalov Futbolxeber.az saytına müsahibə verib və millimizin şanslarını dəyərləndirib:
 
- Milli komandamızın Avroliqa hazırlığı necə gedir, hazırda komandadakı atmosfer necədi?
- Hazırlığımız əla gedir, gün ərzində iki dəfə məşq edirik. Komandadakı vəziyyət də yaxşıdı, atmosfer əladı, mehribançılıq var. Kollektiv olaraq qarşıdakı oyunlardan uğurlu nəticələrlə ayrılacağımıza inanırıq. Millidə özünəinam hissi yüksək səviyyədədi.
 
- Qrupdakı ilk görüşünüz Fransa yığmasına qarşı olacaq. İlk görüşdən qələbə ilə ayrılmaq mümkün olacaq?
Bəli, ilk görüşümüz Fransa yığmasına qarşıdı. Biz rəqibdən asılı olmayaraq hər matça qələbə üçün çıxacağıq. Bizə görə hər oyun finala bərabərdi.
 
- Digər iki oyun isə müvafiq olaraq Belarus və Portuqaliya yığması ilə olacaq. Səncə, milli komandamız üç oyundan üç qələbə ilə ayrıla biləcək gücdədi?
- Bayaq da dediyim ki, istər Fransa, istər Belarus, istərsə də Portuqaliya ilə görüşlərdən qələbə ilə ayrılmaq istəyirik. Oyunlara qələbə əzmi ilə çıxacağıq. Məqsədimiz maksimum xal toplayıb Superfinal mərhələsinə yüksəlməkdi. Buna nail olacağımıza inanıram.
 
- Digər qrupda isə İsveçrə, Ukrayna və Almaniya yığma komandaları yer alır. Necə düşünürsən, komandalar arasında ən güclüsü hansıdı?
A divizionunda zəif komanda olmur. Bütün komandalar çox güclüdü.
 
- Bakıda keçirilən çimərlik futbolu yarışlarında azarkeşlər milliyə hər zaman dəstək olur. Bu dəfə necə, azarkeş dəstəyi olacağına ümid edirsən?
Ümidvarıq ki, azarkeşlərimiz bu dəfə də millimizə dəstək olar. Düzdü, hər zaman dəstəyi hiss etmişik. İnanıram ki, bu dəfə də bizə dəstək olacaqlar. Çünki bizim onların dəstəyinə ehtiyacımız var.
 
- Qazanılacaq uğurlu nəticəyə görə rəhbərlik sizə mükafat verəcək? Bu barədə nəsə vəd ediblər?
Bu barədə heç bir söhbət olmayıb. Bu dəqiqə bizi düşündürən pul yox, qələbələrdi. Bütün matçlarda qələbə qazanmağı çox istəyirik.
 
- Azərbaycan millisinin rəqibləri üzərində hər hansı üstünlüyü varmı?
Üstünlüyümüz yalnız meydan amilidi. Öz meydanımızda oynayırıq deyə, ən böyük üstünlüyümüz azarkeşlərimizdi. Bir də kollektivin birliyi üstünlüklərimizdən biridi.
 
- Futbol üzrə əsas milli komandamızdan fərqli olaraq çimərlik futbolu üzrə yığma komandamız ara-sıra uğurlu nəticələr əldə edir. Demək olar ki, futbol üzrə millimizin edə bilmədiklərini çimərlik futbolu üzrə əsas millimiz edir?
Milli komandalar arasında fərq qoyulmasını istəməzdim. Çünki hamımız Azərbaycanı layiqincə təmsil etmək üçün çalışırıq. Hamımız Azərbaycanın adını, bayrağını yüksəklərə qaldırmaq üçün mübarizə aparırıq. İnanıram ki, Bakıdakı oyunlarda da bunu bacaracağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31