Digər idman növləri
Ağır atletlərimizin beynəlxalq yarışlarda iştirakına icazə verildi
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsinin qərarına əsasən 2017-ci il 19 oktyabr tarixindən etibarən Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 1 (bir) il müddətində bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilmişdi.
Futbolxeber.az saytının məlumatına görə, qərara səbəb 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağır atletlərimizin dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verməsi idi. Bunun nəticəsində 9 ölkəyə - Azərbaycan, Rusiya, Çin, Moldova, Qazaxıstan, Türkiyə, Belarus, Ermənistan və Ukraynaya bir illik diskvalifikasiya tətbiq olunmuşdu.
Cəza müddətinin azaldılması üçün bu ölkələrin federasiyalarının qarşısında müəyyən edilən meyarlara uyğun xidmət etməsi şərti qoyulmuşdu. Bu meyarlara tam riayət ediləcəyi halda, yüngülləşdirmə qaydası qüvvəyə minəcək, idmançı (gənclər və böyüklər) və texniki nümayəndələr səviyyəsində cəzanın son 2 ayından, həmçinin yeniyetmə atletlərin yarışlarda iştirakı üçün son 4 ayından azad edilmə tətbiq edilə biləcəkdi.
Azərbaycan qarşıya qoyulan bütün tələbləri yerinə yetirib və IWF ölkəmiz və federasiya ilə bağlı müsbət qərar qəbul edərək ilkin mərhələdə yeniyetmə ağır atletlərin yarışlara buraxılmasına icazə verib. Bu barədə AAAF-a beynəlxalq qurumdan rəsmi məktub göndərilib.
IWF-nin məktubunda qeyd olunur ki, “qurumun keçən ilin oktyabr ayında diskvalifikasiya edilmiş 9 üzvü arasında anti-dopinq fəaliyyətini nəzərdən keçirmək üçün yaradılmış Müstəqil Monitorinq Qrupu (IMG) əhəmiyyətli irəliləyişləri qeyd edib. Cəza müddətində bu 9 üzv sanksiya və dəstək arasında uyğun bir balans təmin etmək üçün yerinə yetirilməsi lazım olan dəqiq meyarlarla tanış edilmişdilər. Azərbaycan Ağır Atletika Federasiyası həmin tələbləri yerinə yetirərək qarşıya qoyulan məqsədlərinə nail olub. Bu səbəbdən də Azərbaycan yığma komandalarına 19 İyun 2018-ci il tarixindən etibarən yeniyetmələr, 19 avqust 2018-ci il tarixindən isə gənclər, böyüklər və texniki rəsmilərlə yarışlarda təmsil olunma icazəsi verilir”.
Bu qərara əsasən, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu ilin 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində iştirak etmək hüququna yiyələnir.
Bununla yanaşı, 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında da Azərbaycan ağır atleti iştirak edəcəkdir. Bu yarışa lisenziyanı ölkəmiz ötən il 01-09 aprel tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində əldə etmişdi.
Hazırda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında təlim-məşq toplanışındadır. İdmançılar qarşıdakı yarışlara ən yüksək şəraitdə hazırlaşırlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda